Azərbaycan UEFA reytinqində 32-ci oldu

İDMAN
20:55 26.05.2013
1440
UEFA Avrokubokların son mövsümünün yekun nəticələrinə əsasən reytinq siyahısını açıqlayıb. Azərbaycan bu siyahıda yerində sayıb.Belə ki, hazırda ölkəmiz UEFA reytinqində 53 ölkə arasında 32-ci pillədə qərarlaşıb. Azərbaycanın hesabında 8.541 reytinq xalı var ki, onun da 3.000 xalı son mövsümdə qazanılıb. Bundan 1,625 xal “Neftçi”nin, 0,750 xal “İnter”in, 0,500 xal “Xəzər Lənkəran”ın, qalanı isə “Bakı”nın (0,125) payına düşür.Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırırdı, heç-heçə isə sadəcə 0,125 xal verirdi. Amma qrup mərhələsində heç-heçə 0,250, qələbə 0,500 xal verirdi.
OXŞAR XƏBƏRLƏR