Azərbaycan UEFA reytinqində rekord vurub

İDMAN
11:53 31.08.2012
1664
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar və Avropa Liqasının IV təsnifat mərhələsinin cavab oyunlarında bəzi ölkələr xal hesablarını dəyişə bilib. Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına növbəti 0,250 xalı yazıb. Bu, “Neftçi”nin Kipr təmsilçisi APOEL üzərində səfər qələbəsi qazanması sayəsində mümkün olub. 3:1 hesablı qələbə ilə cari mövsüm qazanılan xallarımızın sayı rekord həddə - 2,250-yə çatıb. Bu da 2 il əvvəlki rekorddan 0,250 xal çoxdur. Cari mövsüm toplanan xalların ən böyük hissəsi – 0,875-i “Neftçi”nin, 0,750-si “İnter”ın payına düşür. “Ağ-qaralar” məhz Kiprdəki zəfər sayəsində “bankirlər”i arxada qoyub. Digər 0,500 xal “Xəzər Lənkəran”ın, 0,125-i isə “Bakı”nın hesabındadır. “Neftçi”nin heç-heçəsi sayəsində son 5 ilə əsasən özümüz üçün rekord - 7,791 xal yığmağa imkan verib. Bunun da sayəsində Azərbaycan şərik olduğu Moldovanı arxada qoyub. Artıq 34-cü yerin yeganə sahibi olan ölkəmiz qrupda təmsil olunan ölkələr arasında sonuncu yerdədir. Bu isə o deməkdir ki, arxada qalan ölkələrdən heç biri Azərbaycanı keçə bilməyəcək. “Neftçi”nin növbəti xalları hesabına isə daha da irəliləmək mümkündür.

OXŞAR XƏBƏRLƏR