Azərbaycan Universitetində bu da oldu: Dərsə şortla gəlmək qadağan edildi

Azərbaycan Universitetində bu da oldu: Dərsə şortla gəlmək qadağan edildi
SOSİAL
14:14 22.06.2017
87137

Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a adı çəkilən universitetin İKT fakültəsində təhsil alan Əli Zeynallı bildirib.

Onun sözlərinə görə, dünən dekan müavini zəng vurub, İKT fakültəsində oxuyanları təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları buraxmayalar. Mühafizə əməkdaşları bildiriblər ki, bununla bağlı tapşırıq verilib.

 Ə. Zeynallı onu da bildirib ki, təhsil ocağına şortla daxil olmağa qoyulan qadağa heç bir yerdə rəsmi şəkildə qeyd olunmayıb.


OXŞAR XƏBƏRLƏR