Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər

Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
SOSİAL
15:47 25.06.2026
524
Dünyanın nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri olan "Times Higher Education” (THE) agentliyi tərəfindən ilk dəfə yeni formatda təqdim olunan "THE Sustainability Impact Ratings 2026” reytinqinin nəticələri açıqlanıb.
Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) əsasında universitetlərin sosial, iqtisadi və ekoloji təsirini qiymətləndirən reytinqdə Azərbaycanın 18 ali təhsil müəssisəsi yer alıb.
Bu il universitetlər reytinqdə yüksək nəticələr nümayiş etdirərək bir sıra istiqamətlər üzrə mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar. Xüsusilə Bakı Dövlət Universiteti (BDU) ölkə üzrə ən yüksək nəticəni göstərərək dünya üzrə 101–200-cü pillələr aralığında qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 301–400 diapazonunda yer almaqla ölkənin ən yaxşı nəticə göstərən ali təhsil müəssisələri sırasında qərarlaşıblar.
Ümumilikdə 8 universitetimiz dünya üzrə ilk 1000-likdə qərarlaşıb ki, bu da ölkənin ali təhsil sisteminin dayanıqlı inkişaf gündəliyinə inteqrasiyasının və beynəlxalq nüfuzunun gücləndiyini göstərir.
Universitetlər DİM-lər üzrə fərdi istiqamətlərdə də uğurlu nəticələr əldə ediblər. Belə ki, DİM 10 – "Bərabərsizliyin azaldılması” istiqaməti üzrə UNEC dünya universitetləri arasında 19-cu yerdə, DİM 1 – "Yoxsulluğa son” istiqaməti üzrə isə BDU dünya üzrə 23-cü yerdə qərarlaşıb.
"THE Sustainability Impact Ratings 2026” reytinqinin nəticələri və universitetlər üzrə ətraflı göstəricilər ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.timeshighereducation.com/impactrankings
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA