"Bakı Ali Neft Məktəbi ICPC 2025 yarışması üzrə 70-dən çox ölkənin 139 komandası arasında 127- ci yeri tutub".
Bu barədə eks millət vəkili, təhsil eksperti Etibar Əliyev paylaşım edib.
Ekspertin sözlərinə görə, müsabiqədə Azərbaycan universitetləri biabırçı nəticə ilə üzləşiblər:
"ICPC Beynəlxalq universitetlərarası proqramlaşdırma üzrə müsabiqə dünyanın ən nüfuzlu, ən rəqabətli, dünyanın taxnoloji şirkətlərinin ən çox diqqətində olan yarışmadır. Belə çıxır ki, BANM-da proqramlaşdırma, kodlaşdırma elmi tədris olunmur? Bəs 680 baldan yuxarı nəticə göstərənlər, həmçinin Respublika olimpiadalarının qalibləri haradadır?
ADA kimi nəhəng bir universitetdə bu işə rəhbərlik edən Fuad Hacıyevin proqramlaşdırmadan elementar biliyi yoxdur.
Xatırladıram ki, ADA Universiteti bu mötəbər yarışmada 101-ci yerdə qərarlaşıb.