Azərbaycan və Avropa İttifaqı mobil tərəfdaşlıq üzrə saziş imzalayıb

İQTİSADİYYAT
14:06 06.12.2013
1430

Azərbaycan və Avropa İttifaqı arasında mobil tərəfdaşlıq üzrə saziş imzalanıb.

AZXEBER.COM Avropa İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, sazişi qurumun daxili işlər üzrə komissarı Sesiliya Malmström və Azərbaycanın Aİ yanında nümayəndəliyinin rəhbəri, səfir Fuad İsgəndərov imzalayıb.Sənədin imzalanmasından sonra S.Malmström bildirib ki, mobil tərəfdaşlığın tətbiqi Azərbaycan və Aİ vətəndaşlarının yaxınlaşması istiqamətində daha bir vacib addımdır: “Biz dialoq və əməkdaşlıq sayəsində Aİ, Azərbaycan və miqrantların maraqlarına uyğun olaraq miqrasiyanın idarə edilməsini daha yaxşı təmin edə bilərik”.Saziş miqrasiya sahəsində, xüsusən qaçaqmalçılar və insan alveri ilə məşğul olanlarla mübarizə məsələlərində əməkdaşlığı gücləndirməyə imkan yaradacaq.Sənəd miqrasiya sahəsində, qaçaqmalçılar, insan alveri ilə məşğul olanlarla mübarizə sahəsində tədbirləri nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR