Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
SİYASƏT
20:35 06.11.2026
76
5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub.

Bu barədə AZXEBER.COM-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və Bolqarıstan Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Bolqarıstan tərəfindən isə xarici işlər nazirinin müavini İvanka Taşeva başçılıq edib.

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi, iqtisadi, energetika, o cümlədən yaşıl enerji dəhlizləri, nəqliyyat-logistika və digər istiqamətlərdə əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Tərəflər arasında ticarət dövriyyəsinin şaxələndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, humanitar, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib, sözügedən istiqamətlərdə əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğu vurğulanıb.

Səfər çərçivəsində Bolqarıstan Respublikasının xarici işlər naziri Velislava Petrova-Çamova nazir müavini Elnur Məmmədovu qəbul edib. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.

Nazir müavini Elnur Məmmədov həmçinin Bolqarıstan Respublikası Baş nazirin xarici siyasət üzrə müşaviri Rusi İvanov ilə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi və əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətimiz daha sonra Bolqarıstan Xalq Məclisində Bolqarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri və qrupun sədri Hamid Hamid, Xarici siyasət komitəsinin üzvləri və komitənin sədr müavini Slavi Vasilev ilə görüş keçirib. Aparılmış müzakirələr zamanı parlament diplomatiyasının təşviqi, qanunverici orqanlar arasında təmasların intensivləşdirilməsi və ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin vacib rolu vurğulanıb.

Səfər zamanı, nazir müavini Elnur Məmmədov Bolqarıstan Xarici İşlər Nazirliyinin Diplomatik İnstitutunun dinləyiciləri və Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetinin Tələbə Diplomatik Klubunun üzvləri qarşısında mühazirə ilə çıxış edib.
 







OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
19:36 06.11.2026
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
19:12 06.11.2026
Britaniyanın “Sky” telekanalı təhlükəsizlik təhdidi aldığını açıqlayıb
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
18:59 06.11.2026
Mask Ukraynanın "Starlink"ə qoşulmasını səhv hesab edir
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
18:49 06.11.2026
Belçika Kralı baş nazirin istefa xahişini rədd edib
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb
18:36 06.11.2026
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb