"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"

"Azərbaycan və Ermənistan arasında danışıqlar dövlət başçıları formatında keçirilə bilər"
SİYASƏT
13:35 19.05.2025
338
Yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında dövlət başçıları formatında danışıqlar keçirilə bilər.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

"Ermənistan və Azərbaycan arasında müzakirələr davam edir və onların davam etdirilməsi barədə razılıq var. Yaxın zamanda müzakirələrin dövlət başçıları formatında, həmçinin xarici işlər nazirləri formatında davam etdiriləcəyini istisna etmirəm", - o vurğulayıb.

A.Simonyanın sözlərinə görə, bu proseslər sülh sazişinin imzalanma vaxtını və yerini müəyyən etməyə yönəlib.
 
///Report
OXŞAR XƏBƏRLƏR