Azərbaycan və Ermənistan KİV rəhbərləri razılığa gəldi

Azərbaycan və Ermənistan KİV rəhbərləri razılığa gəldi
MEDIA
17:50 04.06.2012
1394
Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək məqsədilə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaxınlaşdırılması üzrə humanitar təşəbbüs çərçivəsində Moskvada iki ölkənin bəzi KİV rəhbərlərinin görüşü başa çatıb. APA-nın məlumatına görə, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü ilə “Rossiyskaya qazeta”nın redaksiyasında keçirilən görüş başa çatandan sonra nümayəndə heyətləri İTAR-TASS informasiya agentliyində tanışlıq səfərində olublar.Ermənistan nümayəndə heyətinin üzvləri mətbuata açıqlama verməkdən imtina ediblər.Azərbaycan nümayəndə heyətinin üzvü, “News.az” xəbər portalının baş redaktoru Elnur Baimov açıqlamasında görüşün müsbət tərzdə keçdiyini bildirib. Onun sözlərinə görə, iki ölkənin media rəhbərləri arasında dövlət rəhbərləri, xalq nümayəndələrinə qarşı mətbuatda qeyri-etik ifadələrin səslənməməsi, xalqlar arasında düşmən obrazının yaradılmasının azaldılması barədə şifahi razılıq əldə olunub.Bu toplantının ikinci olduğunu xatırladan E. Baimov növbəti görüşün harada keçirilməsi barədə müzakirələr aparıldığını da deyib: “Bakıda, İrəvanda, Tiflisdə belə görüşləri keçirilməsi təklifləri irəli sürüldü. Ötən dəfə də belə təkliflər olmuşdu. Amma görüş yenə də Moskvada oldu. Hələlik yekun qərar yoxdur”.Qeyd edək ki, görüşdə Azərbaycanın KİV rəhbərlərindən “Baku Post” qəzetinin baş redaktoru Tofiq Abbasov, “1news” agentliyinin baş redaktoru Rəhman Hacıyev, “Trend” informasiya agentliyinin baş direktoru İlqar Hüseynov, “News.az” xəbər portalının baş redaktoru Elnur Baimov və jurnalist Azər Həsrət iştirak ediblər.Ermənistan tərəfdən Ermənistan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının eksperti Armen Minasyan, informasiya təhlükəsizliyi sahəsi üzrə ekspert, kulturoloq-blogger Samvel Martirosyan, “Aravot” qəzetinin baş redaktoru Aram Abramyan, Ermənistan Prezident Aparatı İctimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Ara Saqatelyan və “Qolos Armenii” qəzetinin baş redaktorunun müavini Marina Qriqoryan görüşə qatılıblar.Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan və keçmiş səfir, MDB Dövlətlərarası Humanitar Fondunun icraçı direktoru Armen Smbatyan da iştirak edib.Xatırladaq ki, bu il fevralın 22-də “Rossiyskaya qazeta”nın redaksiyasında iki ölkə ziyalılarının görüşü keçirilib. Görüşdə iştirak edən M. Şvıdkoy bu cür təmasların davam etdiriləcəyini söyləyib.Bundan başqa, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Bakıya son səfəri zamanı yaxın vaxtlarda Azərbaycan və Ermənistan ziyalıları arasında növbəti görüşün keçiriləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib