Tiflisdə rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.
AZXEBER.COM-un AZƏRTAC-a istinadən məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin geniş tərkibdə görüşü olub.
Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb
Geniş tərkibdə görüş başa çatdıqdan sonra prezident İlham Əliyev və prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar.
Bundan əlavə prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

