Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü keçirilib

SİYASƏT
12:07 12.02.2014
917
Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü keçirilib.
AZXEBER.COM-un məlumatına görə, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib.
Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi də aparılıb.
Qeyd edək ki, təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan və Gürcüstan prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

OXŞAR XƏBƏRLƏR