Azərbaycan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı oldu

Azərbaycan və Gürcüstanın Baş nazirləri arasında telefon danışığı oldu
SİYASƏT
14:36 14.02.2022
478
Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə AZXEBER.COM-a Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR