“Azərbaycan və Çin arasında münasibətlər yüksəliş mərhələsinə çatıb”

“Azərbaycan və Çin arasında münasibətlər yüksəliş mərhələsinə çatıb”
SİYASƏT
22:22 25.12.2025
108
Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində imzalanan adi pasport sahibləri üçün qarşılıqlı vizasız rejim haqqında Saziş iki ölkə arasında turizm və humanitar əlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub. Bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey 2025-ci il üzrə illik mətbuat konfransında çıxışı zamanı bildirib. 

Politoloq Elçin Xalidbəyli AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan və Çin arasında münasibətlər mühüm yüksəliş mərhələsindədir:

 

"Azərbaycan və Çin arasında münasibətlər artıq mühüm yüksəliş mərhələsinə çatıb. Çin ilə Azərbaycan arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Prezident İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında müvafiq sənəd imzalanıb”.

Politoloq deyib ki, hər iki ölkə biri-birlərinə olduqca vacib tərəfdaşlardır:

"Həm Çin Azərbaycana, həm də Azərbaycan Çinə olduqca vacib tərəfdaşlardır. Hər iki ölkənin qarşılıqlı maraqları bir çox məsələlərdə üst-üstə düşür. Azərbaycan Avropadan Çin səddinə qədər uzanan qlobal nəqliyyat dəhlizində əsas tranzit ölkələrindən biri kimi mühüm mövqeyə malikdir. Çin bu tranzit marşrutunda xüsusi maraq göstərir. Çünki Çin üçün daha səmərəli, qısa müddətli və təhlükəsiz iqtisadi-ticari marşrutların mövcudluğu böyük əhəmiyyət daşıyır. İqtisadi və ticarət potensialını əsas inkişaf prioriteti kimi müəyyənləşdirən Çin üçün Azərbaycanın nəqliyyat-kommunikasiya infrastrukturu son dərəcə cəlbedicidir”.

E.Xalidbəyli vurğulayıb ki, Azərbaycan və Çin arasında maraqların kəsişdiyi məqamlar kifayət qədər çoxdur:

"Azərbaycan və Çin arasında maraqların kəsişdiyi məqamlar kifayət qədər çoxdur. Bu amil iki ölkə arasındakı münasibətlərin gələcəkdə daha da dərinləşməsinə zəmin yaradır. Hətta yaxın perspektivdə bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi də mümkündür”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR