Azərbaycan və İran klublarının matçında dava düşdü
İDMAN
12:30 06.07.2012
1797
Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” növbəti yoxlama oyununa çıxıb. AZXEBER/COM-un məlumatına görə, Zaqatala təmsilçisinin rəqibi İranın “Peykan” komandası olub.Lakin matç başa çatdırılmayıb. Belə ki, qarşılaşma 60-cı dəqiqədə dayandırılıb. Buna səbəb dava düşməsi olub. Çox sərt mübarizə şəraitində keçən qarşılaşmada bir neçə futbolçu zədələnib.