Azərbaycan və İran XİN başçıları regionda yaranmış vəziyyəti müzakirə ediblər

Azərbaycan və İran XİN başçıları regionda yaranmış vəziyyəti müzakirə ediblər
Siyasət
23:32 30.10.2022
432
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə AZXDBER.COM-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR