Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
SİYASƏT
20:45 05.03.2026
326
Martın 5-də İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

AZXEBER.COM Azərbaycan XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.

İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR