Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr keçirildi
SİYASƏT
11:41 26.04.2025
205
Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal Departamentinin Dövlət Katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyre rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.

F.Rzayev Azərbaycanın iqlim diplomatiyası və qlobal iqlim gündəliyinə töhfələri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində irəli sürülən təşəbbüslər və əldə olunan nailiyyətlərdən danışıb.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev həmçinin digər işgüzar görüşlər də keçirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Nepaldan paylaşım edib
16:51 26.04.2025
Leyla Əliyeva Nepaldan paylaşım edib
Roma Papası Fransisk dəfn edilib
16:24 26.04.2025
Roma Papası Fransisk dəfn edilib
Ukrayna XİN rəhbəri Trampla Zelenskinin görüşdüyünü təsdiqləyib
16:15 26.04.2025
Ukrayna XİN rəhbəri Trampla Zelenskinin görüşdüyünü təsdiqləyib
Paytaxtda oğurluq edən şəxslər saxlanılıb
16:06 26.04.2025
Paytaxtda oğurluq edən şəxslər saxlanılıb
İranda limanda baş verən partlayışda xəsarət alanların sayı 400 nəfəri keçib
15:56 26.04.2025
İranda limanda baş verən partlayışda xəsarət alanların sayı 400 nəfəri keçib
Kilian Mbappe İspaniya kubokunun finalında iştirak edə bilməyəcək
15:31 26.04.2025
Kilian Mbappe İspaniya kubokunun finalında iştirak edə bilməyəcək
"Putinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi barədə məruzə edilib"
15:14 26.04.2025
"Putinə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi barədə məruzə edilib"
İranda limanda partlayış zamanı yaralananların sayı 115 nəfərə çatıb
14:55 26.04.2025
İranda limanda partlayış zamanı yaralananların sayı 115 nəfərə çatıb
Azərbaycan lideri: Prioritetlər sırasında Çin xüsusi yer tutur
14:29 26.04.2025
Azərbaycan lideri: Prioritetlər sırasında Çin xüsusi yer tutur
"Ötən il Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub"
14:20 26.04.2025
"Ötən il Çin və Azərbaycan arasında tranzit daşımalarında 86 % artım olub"
"Prezident müsahibəsində ölkəmizin qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafı ilə bağlı mövqeyini bəyan etdi"
14:15 26.04.2025
"Prezident müsahibəsində ölkəmizin qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafı ilə bağlı mövqeyini bəyan etdi"
Bu gün futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşəcək
14:05 26.04.2025
Bu gün futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşəcək
Dövlət başçısı: "Çin bazarında daha çox payımızın olmasını istəyirik"
13:55 26.04.2025
Dövlət başçısı: "Çin bazarında daha çox payımızın olmasını istəyirik"
Piyadanı döyən "BakuBus" sürücüsü İŞDƏN ÇIXARILDI
13:44 26.04.2025
Piyadanı döyən "BakuBus" sürücüsü İŞDƏN ÇIXARILDI
ABŞ-İran danışıqlarının üçüncü raundu başlayıb
13:35 26.04.2025
ABŞ-İran danışıqlarının üçüncü raundu başlayıb
"5 ildən sonra Azərbaycanda elektrik enerjisinin tutumu 2 dəfə artacaq"
13:26 26.04.2025
"5 ildən sonra Azərbaycanda elektrik enerjisinin tutumu 2 dəfə artacaq"