Azərbaycan və Koreya hökumətləri arasında Saziş imzalanıb.
AZXEBER.COM-un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan maliyyə naziri Samir Şərifov və Koreyanın Azərbaycandakı səfiri Çoy Sukin imzaladığı saziş Azərbaycanın iqtisadi inkişafına dəstək vermək və ölkələr arasında iqtisadi əməkdaşlığı təşviq etməyi, habelə gələcəkdə Koreya Hökumətinin razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan Azərbaycan Hökumətinə kreditlər verməsini nəzərdə tutur. Eyni zamanda, razılaşma iki ölkə arasında bu sahədəki əməkdaşlığının ümumi çərçivəsini müəyyən edir.İmzalanma mərasimində Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi vurğulanıb, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.