Azərbaycan və Malaziya XİN-ləri arasında məsləhətləşmələr keçirilir

Azərbaycan və Malaziya XİN-ləri arasında məsləhətləşmələr keçirilir
SİYASƏT
11:07 15.07.2022
329
Bu gün ilk dəfə olaraq Azərbaycan və Malaziyanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilir.

AZXEBER.COM "Report"a istinadən istinadən xəbər verir ki, Malaziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən məsləhətləşmələrdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və onun malaziyalı həmkarı Datuka Kamarudin Caffar iştirak edir.

Məsləhətləşmələrin keçirilməsində məqsəd Azərbaycanda bərpa olunan enerjinin istehsalının artırılmasına və işğaldan azad edilmiş ərazilərə Malaziya investisiyalarının cəlb edilməsidir.

Görüş zamanı Elnur Məmmədov həmkarına sözügedən sahələri əhatə edən 25 investisiya layihəsi təqdim edəcək.
OXŞAR XƏBƏRLƏR