“Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir”

“Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir”
SİYASƏT
12:37 19.06.2023
424
Hər kəsə məlumdur ki, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladım ki, Pakistan Azərbaycanın müstəqilliyini də tanıyan ilk dövlətlərdən biridir.

Heç şübhəsiz, çoxəsrlik tarixi və özünəməxsus ənənələri olan Azərbaycan-Pakistan əlaqələri ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra daha ardıcıl və sistemli şəkildə inkişaf etməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, eyni zamanda, Pakistan İslam Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı surətdə ölkələrimizə rəsmi səfərlərinin həyata keçirilməsi ən müxtəlif sahələri əhatə edən çoxsaylı razılaşma sənədlərinin imzalanması, hər iki ölkə tərəfindən atılmış əhəmiyyətli addımlar əlaqələrimizin möhkəm təməllərini təşkil edir və bütün sahələr üzrə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə tam təminat verir. Hazırda Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı münasibətlər bərabərhüquqlu ölkələrin qarşılıqlı etimadı şəraitində formalaşmış, çətin sınaqlardan çıxmış və inkişaf etməkdə davam edən əlaqələrin əsl nümunəsi hesab oluna bilər.
 
Bildiyiniz kimi Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 14-15 iyun tarixlərində Azərbaycana rəsmi səfərdə oldu. Səfər çərçivəsində qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq müzakirə olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış etdilər.
 
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəsinin qardaş Azərbaycanın ərazi bötövlüyünü hər zaman dəstəklədiyini bir daha bəyan edib. 

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. 

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir: "Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.
Ümumiyyətlə, iki dövlət arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Onuda qeyd edim ki, ikitərəfli münasibətlərin inkişafında təhsil sahəsi də xüsusi yer tutur.

Yeri gəlmişkən bu dost ölkə Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. 

Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

Yuxarıda da qeyd edildiyi kimi, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət başçıları səyləri nəticəsində özünün ən yüksək inkişaf mərhələsini yaşayır.

Nəzakət Talıbova, Əməkdar müəllim 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb