Azərbaycan və Pakistan xalqların rifahını sülhün bərqərar olmasında görür

Azərbaycan və Pakistan xalqların rifahını sülhün bərqərar olmasında görür
SİYASƏT
09:12 20.06.2023
366
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə  Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri zananı iki ölkənin tarixi keçmişi, dostluğu və qardaşlığı haqda önəmli bəyanatlar verilmişdir.

"Azərbaycan və Pakistan arasında olan münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik üzərində qurulub". Görüş zamanı səslənən bu fikir bizim qardaşlığımızdan xəbər verir. 

Qardaş ölkə olan Pakistan işğal dövründə Azərbaycana dəstək verən, haqq səsimizə səs verən ölkə kimi 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərdi və Azərbaycanla qardaşlığını  bütün dünyaya sübut etdi.

Ermənistanın beynəlxalq qanunlara sığmayan 30 illik işğal zamanı Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkə kimi bizim haqlı olduğumuzu, Qarabağ torpaqlarının əzəli Azərbaycan torpaqları olduğunu və bizim ərazi bütövlüyümüzü tanıdığını dünya ölkələrinə bəyan etmişdir.

44 günlük qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızda abadlıq quruculuq işləri başlandı. Ermənilər tərəfindən demək olar ki, tamamilə dağıdılmış əzəli, əbədi yurd yerlərimizdə nəhəng işlər gedir. Ağıllı kəndlər, qəsəbələr salınır.  Azərbaycan regionun sülh və əminamanlıq içində olmasına, məcburi köçkünlərin yenidən Qarabağ torpaqlarına qayıtmasına çalışır. Artıq minlərlə öz yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimiz arzusuna çatıb. Yenidən, artıq daha müasir üslubda tikilmiş evlərə köçüblər. Bu yöndə ölkəmizə bir sıra dost, qardaş ölkələrdən dəstək olur. Yaxından dəstək verən ölkələrdən biri də bizə ruhən yaxın olan qardaş Pakistandır.

Bundan əlavə qarşıda iki ölkə arasında ticarət və sərmayə, enerji və müdafiə sənayesi sahəsində əməkdaşlığa dair yeni görüşlərin keçiriləcəyi nəzərdə tutulur.

Görüş zamanı hər iki  xalqın və dövlətlərin bundan sonra da bir birinə dayaq və hər sahədə köməyinin artacağı və bu addımların ölkələrin gələcək rifahına xidmət edəcəyi söylənildi. 

Azərbaycanlıların Pakistan xalqına olan sevgisi ölkənin müxtəlif yerlərində dalğalanan Pakistan bayraqları ilə bəlli olur. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır.

Cənab prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi fikirlər hər zaman olduğu kimi xalqın düşüncəsinin və istəyinin təzahürü idi.

Görüşdə eyni zamanda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də qarşılıqlı əməkdaşlığın ölkələrin sabahı üçün vacibliyindən danışdı. O, qeyd etdi ki, "Pakistan xalqı Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq”.

44 günlük savaş dönəmində Azərbaycan Ordusunun cəsarətlə döyüşərək Qarabağı azad etməsindən danışan baş nazir ölkəsinin regionda sülhü dəstəkləməsindən, Pakistanın və Azərbaycanın sülh tərəfdarı olan ölkələr olduğunu diqqətə çatdırıb.

Ölkə başcılarının görüşü bir daha onu sübut etdi ki, iki ölkə yalnız sülhü dəstəkləyir, xalqların rifahı və regionun sabitliyi üçün bundan sonra da qardaşlığı davam etdirməyi qarşısına məqsəd qoyub.

Nuranə Gülər 
Abşeron  Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini,
Space TV "Qarabağ Azərbaycandır!" verilişinin layihə rəhbəri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb