Bişkekdə Dolen Omurzakov adına stadionda Qırğızıstan və Azərbaycan futbol yığmaları arasında yoldaşlıq matçı sona çatıb.
AZXEBER.COM-un verdiyi xəbərə görə, 1-ci hissədən sonra hesab 0:0 qalıb.2-ci hissədə Berti Foqts 2 dəyişiklikdən isitfadə edib. Meydana Ali Gökdemir və Cavid Hüseynov daxil olub.Vaqif Cavadov və Elnur Allahverdiyev isə meydanı tərk ediblər. Qırğızlarda isə meydanı Fərrux Abitov tərk edib, Elyaca Ariy isə onu əvəz edib.Çoxsaylı şanslara baxmayaraq, Berti Foqtsun yetirmələri rəqibin qapısından top keçirə bilməyiblər. Yekunda oyun 0:0 hesabı ilə də bitib.