Azərbaycan və Rusiya arasında miqrantlarla bağlı saziş imzalanacaq

SİYASƏT
13:31 18.12.2013
1072
“Ermənistandan 250 min azərbaycanlı Azərbaycana miqrasiya edib.
Həmin dövrdə 50 min Mesxeti türkü də Azərbaycana gəlib. 750 min azərbaycanlı isə Ermənistanın işğalı nəticəsində daxili miqrasiyaya məruz qalıb. Azərbaycan sayı 1 milyona çatan bu insanların zəruri ehtiyaclarının təmin edilməsi işinin öhdəsindən layiqincə gələ bilib”.
APA-nın verdiyi məlumata görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatı (BmQT), Dövlət Miqrasiya Xidməti və Ombudsman Aparatının təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Miqrasiya Gününə həsr edilmiş tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev söyləyib.
Pərviz Musayev bu sahədə beynəlxalq qurumların də dəstəyinin önəmli olduğunu bildirib. O, BMT-nin qəbul etdiyi 4 qətnaməyə və digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq Ermənistanın işğal etdiyi torpaqlardan çəkilmədiyini qeyd edib: “Biz inanırıq ki, torpaqlarımız işğaldan azad ediləcək və məcburi miqrasiyaya məruz qalmış insanlar yurd-yuvalarına qayıdacaqlar. Bu gün işğal olunmuş torpaqlarda narkotik bitkilərin becərilməsi, insan orqanlarının transplantasiyası üçün münbit bir şərait yaranıb”.
Pərviz Musayev ötən dövr ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində əvvəllər xarici ölkələrə üz tutmuş azərbaycanlıların ölkəyə qayıtdıqlarını vurğulayıb. O, artıq Azərbaycanda çoxlu sayda əcnəbilərin də çalışdığını qeyd edib: “Miqrantların insan alveri qurbanlarına çevrilməmələri üçün Dövlət Miqrasiya Xidməti yaradılıb. Dövlət Miqrasiya Xidməti qarşısına qoyulan vəzifənin öhdəsindən gəlir. Sərhəd-buraxılış məntəqələrində də əməkdaşlarımız xidmət göstərir. Əcnəbilərin müraciətlərin elektron qaydada qəbulu ilə bağlı işlər görülüb. Regional idarələrin yaradılmasında məqsəd miqrantların uzaq məsafə qət etməməsinə hesablanıb”.
Rusiyada son zamanlar soydaşlarımızın daha çox çətinliklərlə üzləşdiyinə diqqət çəkən Pərviz Musayev Rusiyada həmvətənlərimizin hüquqlarının qorunması istiqamətində addımlar atıldığını açıqlayıb: “Rusiya ilə bu sahədə ikitərəfli sazişin hazırlanması istiqamətində iş görülür, layihə hazırlanır. İnanıram ki, qısa müddətə bu sənəd imzalanacaq, həmvətənlərimizin üzləşdiyi problemlər aradan qalxacaq”.
Pərviz Musayev Miqrasiya Məcəlləsinin bu il avqustun 1-dən qüvvəyə mindiyini xatırladıb. O, Miqrasiya Məcəlləsi hazırlanarkən QHT-lərin, Beynəlxalq Miqrasiya Təşkilatının tövsiyələrinin nəzərə alındığını bildirib: “Regionda analoqu olmayan bir sənəd hazırlanıb və qəbul edilib. Miqrantlardan ölkəmizdə qeydiyyata düşərkən rüsum alınmır. Artıq Azərbaycan vətəndaşı ilə nikaha daxil olanlar iş üçün rəsmi icazə almırlar. Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzində yaşamaq yeri olmayan əcnəbilər, qaçqın statusu almaq istəyənlər və digər miqrantlar yerləşdirilir. Məsələn, Əfqanıstandan Həmid Sabiri adlı şəxs istədiyi qızla Azərbaycana gəlmişdi. Əfqan icmasının da iştirakı ilə onların saxlama mərkəzində nikah mərasimi təşkil olundu”.
Daha sonra Həmid Sabiri çıxış edib. O, Əfqanıstanda sevdiyi qızla ailə qurmasına problem yaradıldığını, bu səbəbdən sevgilisi ilə Azərbaycana qaçdıqlarını və saxlama mərkəzinə yerləşdirildiyini bildirib. Həmid saxlama mərkəzində Azərbaycan dilini öyrənildiyini, sevdiyi qızla ailə qurması üçün müraciət etdiyini, Dövlət Miqrasiya Mərkəzinin nikah mərasimi təşkil etdiyini söyləyib: “Mən həyatımda ilk dəfə özümü normal bir insan kimi hiss etdim. Mən və xanımım Azərbaycan xalqına, Dövlət Miqrasiya Təşkilatının nümayəndələrinə, əfqan icmasına minnətdarlıq edirik. Ümid edirəm ki, Azərbaycan üçün faydalı insan olacağam”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

15:57 12.02.2025

Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ