Azərbaycan və Tacikistan dostluq münasibətləri əsrlərlə ölçülür

Azərbaycan və Tacikistan dostluq münasibətləri əsrlərlə ölçülür
SİYASƏT
10:51 11.04.2023
241
Azərbaycan və Tacikistanın dostluq münasibətləri əsrlərlə ölçülür və dərin köklərə söykənir. Azərbaycan və Tacikistan dövlətləri arasında qurulan diplomatik əlaqələr ötən əsrin 90-cı illərinə təsadüf edir. Belə ki, hələ ötən əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədi ilə Tacikistana yüzlərlə azərbaycanlı göndərilmişdir. Sovet dönəmində ümummilli liderimiz Heydər Əliyev Mərkəzi Komitədə işləyən vaxtı dəfələrlə Tacikistana kömək etmiş, orada bir sıra həyati problemlərin həll edilməsinə nail olmuşdur. 2008-ci ildə isə Azərbaycan Tacikistanda şaxtalı havalar ölkə iqtisadiyyatına ziyan vuranda bir milyon dollar məbləğində dost ölkəyə humanitar yardım etmişdir. 

Ölkələr arasında hər zaman mədəni əlaqələr olub. Tacik oxucuları Nizami Gəncəvi, Məhəmməd Füzuli və bir çox Azərbaycan klassiklərini sevərək oxuyublar. Bu gün də Azərbaycanlı şair və yazıçıların əsərləri tacik dilinə böyük tirajla tərcümə edilir. 

Bu il aprel ayının 5-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Tacikistan Respublikasına növbəti dəfə rəsmi səfər edib. Bu səfərlər şübhəsiz ki, iki dövlət arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dost ölkə olan Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində qeyd edib ki, "O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Emoməli Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün, nə mümkündürsə, etdilər və buna nail oldular”.

Şübhəsiz ki, əlaqələrin bugünkü səviyyədə qurulmasında hər iki dövlətlərin prezidentlərinin böyük rolu vardır.

İşgüzar görüş zamanı Azərbaycan və Tacikistan ticari-iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, elm və təhsil, mədəniyyət, turizm, bank sektoru, miqrasiya, əhalinin məşğulluğu, gənclər siyasəti və idman sahəsində əməkdaşlığı da genişləndirmək qərara alınıb. 

Azərbaycan-Tacikistan dövlətləri arasında mədəni əlaqələrin qurulmasında atılan addımlar və bu sektorda görülən çoxşaxəli  işlərin nəticəsi kimi Azərbaycanın Gəncə və Tacikistanın Düşənbə şəhərlərinin qardaş şəhərlər olması mühüm faktorlardan biridir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır".

Adəm Babayev
Bakı Mühəndislik Universiteti, "YENİ Klub”un sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...
14:04 01.07.2026
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...