Azərbaycan və Türkiyə arasında həkim mübadiləsi aparılacaq

Azərbaycan və Türkiyə arasında həkim mübadiləsi aparılacaq
SAĞLAMLIQ
17:56 09.09.2022
957
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və "Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi” qeyri-hökumət təşkilatı arasında Niyyət Bəyannaməsi imzalanıb.

Bu barədə AZXEBER.COM-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Niyyət Bəyannaməsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş imzalayıblar.

Niyyət Bəyannaməsi tərəflər arasında bilik və təcrübə mübadiləsi, idarəetmə heyəti, mütəxəssis-həkimlərin və digər səhiyyə işçilərinin mübadiləsinə dəstək, səhiyyə işçilərinin qısamüddətli təlimlərə cəlb olunaraq bilik səviyyələrinin artırılmasının təşkil olunması, birgə əməkdaşlıq layihələrinin hazırlanması, müvafiq səhiyyə müəssisələri arasında əməkdaşlığın təmin edilməsinə dəstək, qarşılıqlı elmi-tədqiqat işlərinin aparılması üçün mühitin yaradılmasını və s. müəyyən edir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov imzalanan Niyyət Bəyannaməsi çərçivəsində təşkil ediləcək konqres, konfrans, simpozium və s. kimi tədbirlərin uşaq xəstəlikləri üzrə təcrübə mübadiləsinin aparılmasında səmərəli nəticələr verəcəyini qeyd edib.

O, kritik vəziyyətdə olan uşaqlara anında tibbi müdaxilənin vacibliyini vurğulayıb: "Məqsədimiz təcili tibbi müdaxilə tələb edən bütün uşaqların ölkəmizdə ən keyfiyyətli müalicə almasını təmin etməklə uşaq ölümlərinin azaldılmasına töhfə verməkdir”.

Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş qarşılıqlı Fəaliyyət Planının hazırlanacağını bildirib. O qeyd edib ki, əməkdaşlıq çərçivəsində hər iki tərəf maddi və texniki bazadan müştərək olaraq istifadə edə bilər.

Məlumat üçün bildirək ki, Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi 19 yanvar 1998-ci ildə "Təcili Pediatriya Assosiasiyası” olaraq yaradılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO