Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı keçirilib – FOTO

Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı keçirilib – FOTO
SOSİAL
10:49 21.10.2021
211
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti "Beynəlxalq zəfər düşərgəsi” Qaziantep şəhərində başlayıb.

Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən düşərgənin məqsədi hər iki ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, qardaş ölkə gənclərinin ortaq həyata keçirdiyi layihələrin və tədbirlərin sayının artırılması, Azərbaycan və Türkiyə mədəniyyətinin, tarixinin gənclər arasında təbliği, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərin iki ölkənin gəncləri arasında təbliğ olunmasıdır.

Açılış mərasimi hər iki dövlətin himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Türkiyə Gənclik Vəqfinin icraçı direktoru Enes Eminoğlu, Naxçıvan MR-nın Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və digər rəsmi şəxslər açılış nitqləri söyləyiblər.

Qonaqlar çıxışlarında bu ilin 25-31 iyul tarixlərində Naxçıvan şəhərində uğurla keçirilən "Beynəlxalq Zəfər Düşərgəsi”nin hər iki dövlətin gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayaraq, düşərgə müddətində gənclərin qardaş dövlətlərin tarixi və mədəniyyətinə dair geniş biliklər əldə etdiklərini bildirib, uğurla yekunlaşan ötən düşərgənin davamı olaraq, Qaziantep şəhərində keçiriləcək düşərgənin də eyni maraqla qarşılanacağına inandıqlarını qeyd ediblər.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış zəfər fonunda mühüm bir tarixi dövrdə yaşadığımızı xüsusi olaraq vurğulayaraq, tarixi qələbənin qazanılmasında qardaş Türkiyə dövlətinin və rəsmilərinin göstərdiyi siyasi və mənəvi dəstəyindən söz açıb, hər iki ölkə gənclərinin ümummilli maraqlara xidmət edən mövzular ətrafında irimiqyaslı layihələrə cəlb olunmasının əsas məqsədlərdən biri olduğunu qeyd ediblər. 

Türkiyə və Azərbaycanın müxtəlif bölgələrindən olan, hər iki ölkədən 100 iştirakçı olmaqla, ümumilikdə 200 gəncin iştirakı ilə baş tutacaq düşərgə 19-25 oktyabr tarixlərini əhatə edəcək. 

Qeyd edək ki, düşərgə müddətində iştirakçılar iki ölkə gənclərinin ortaq mədəniyyətinin öyrənilməsi, gənclərin hər iki ölkənin tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar Urfa şəhərinə, Qaziantepin müxtəlif tarixi abidələrinə və turizm məkanlarına səfər edəcək, asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif əyləncəli oyunlara, intellektual yarışlara və şəxsi inkişafla bağlı təlimlərə cəlb olunacaqlar.

Hər iki ölkənin Gənclər Fondu tərəfindən gələcəkdə digər irimiqyaslı düşərgə və layihələrin də icrası planlaşdırılır.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ