"Azərbaycan və Türkiyə mediası vahid hədəflərə doğru birgə hərəkət etməlidir"- Əli Həsənov

SİYASƏT
11:25 11.12.2014
909
Azərbaycan və Türkiyə mediası iki ölkənin strategiyasına uyğun, iki ölkənin maraqlarından çıxış edərək vahid hədəflərə doğru birgə hərəkət etməlidir. 
AZXEBER.COM  xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfransda bildirib.
PA-nın şöbə müdiri qeyd edib ki, jurnalistlər unutmamalıdırlar ki, hansı şəraitdə fəaliyyət göstərmələrindən asılı olmayaraq, hər iki xalqın maraqlarını nəzərə almalıdırlar.
OXŞAR XƏBƏRLƏR