Azərbaycan və Türkiyə nəqliyyat nazirləri Qarabağda - FOTO

Azərbaycan və Türkiyə nəqliyyat nazirləri Qarabağda - FOTO
SOSİAL
22:06 31.05.2021
597

Bu gün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri  Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə icrasına başlanılan infrastuktur layihələri ilə yerində tanışlıq məqsədilə Füzuli və Xocavənd rayonlarına birgə səfər ediblər.

Səfər çərçivəsində nazirlər Horadiz-Ağbənd dəmiryolu layihəsi, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihələri, eləcə də Füzuli Beynəlxalq Hava Limanı layihəsi üzrə hazırda görülən və planlaşdırılan işlərlə tanış olublar.

Nazir Rəşad Nəbiyev bildirib ki, bərpa işlərinin görülməsində türk şirkətləri fəal iştirak edirlər, ilk müqavilələr onlarla bağlanıb.  Belə ki, türk şirkətləri işğaldan azad olunmuş ərazilərdə əhəmiyyətli infrastruktur layihələrini icra edirlər.

 

Bu bölgələrə həyat qaytarmaq prosesinə verdiyi dəstəyə görə türk qardaşlarımıza təşəkkürünü bildirən Rəşad Nəbiyev cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş şəhərlərimizə, kəndlərimizə yeni həyat gələcəyinə, sakinlərin rahat yaşaması üçün lazımi şərait yaradılacağına əminliyini ifadə edib. 

Nazir əlavə edib ki, biz də öz növbəmizdə nəqliyyat və telekommunikasiya infrastrukturunun müasir əsaslarla qurulması istiqamətində səylərimizi davam etdiririk. Sözsüz ki, qarşıda görəcəyimiz işlər çoxdur.

"Əminik ki, işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün əlverişli infrastrukturun yaradılması, eyni zamanda insanların rahat yaşaması və müasir xidmətlərə əlçatanlığın təmin edilməsi prosesi bütün mərhələlərdə uğurla həyata keçiriləcək”, - deyə Rəşad Nəbiyev qeyd edib. 

Türkiyənin nəqliyyat və infrastruktur naziri  Adil Karaismailoğlu bildirib ki, qardaş ölkələr olan Türkiyə ilə Azərbaycanın əməkdaşlığı günü-gündən güclənir. Qarabağın yenidən qurulması üçün zəruri avtomobil və dəmir yolu nəqliyyatı üzrə vacib danışıqlar aparırıq.

Adil Karaismailoğlu əlavə edib ki, bu yerləri nəqliyyat və logistika baxımından dünyanın ən əhəmiyyətli mərkəzlərindən birinə çevirəcəyik. 

"Türkiyə ilə Azərbaycanı ən keyfiyyətli, rahat və təhlükəsiz yollarla birləşdirməyə çalışırıq”, - deyə türkiyəli nazir vurğulayıb.

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO