Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinin sayı niyə artıb? – ÜÇ ÖNƏMLİ SƏBƏB

Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinin sayı niyə artıb?  – ÜÇ ÖNƏMLİ SƏBƏB
SİYASƏT
14:52 09.04.2021
811

Xəbər verdiyimiz kimi, 8-9 aprel tarixlərində Azərbaycan və Türkiyə ordularının növbəti birgə təlimləri keçirilib.

Təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında baş tutub.

Politoloq Anar Əliyev AZXEBER.COM-a açıqlamasında bu təlimlərin həm hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, həm də hər iki dövlətin ismarıclarının lazımi ünvanlara çatdırılması istiqamətində böyük önəmə sahib olduğunu bildirib:

"Türkiyə ilə Azərbaycan arasında təlimlərin son illər mütəmadi olaraq keçirilməsi müşahidə olunur. Bu təlimlər hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi və hər iki dövlətin mesajlarının lazımi ünvanlara çatdırılmasına xidmət edir. Birinci mesaj və hədəf Ermənistan cəmiyyəti və revanşist düşüncədə olan qüvvələrə yönəlib. Bu o deməkdir ki, hər an Azərbaycan və Türkiyə ordusu onların başının üzərindədir. Revanşist düşüncədə olanlar yeni müharibə istəyini reallaşdırmaq istəsələr həmin an Azərbaycan və Türkiyə ordusu onlara cavab verəcək. İkincisi isə, Rusiya hərbi generalitetinə, Ermənistan üzərindən regionda oyunlar qurmaq istəyən, Ermənistan və Azərbaycan arasında münaqişənin davam etməsində maraqlı olan qüvvələrə tutarlı mesajdır. Yəni, onlar Azərbaycana qarşı hər hansı bir təxribat törətmək istəsələr, ilk olaraq qarşılarında məhz Azərbaycan-Türkiyə birliyini və gücünü görəcəklər”.

Politoloqun sözlərinə görə, bu təlimlərin keçirilməsində üçüncü mesaj bəzi Avropa dövlətləri və ABŞ-a ünvanlanıb:

"Burada, xüsusilə, Fransanı qeyd etmək lazımdır. Bu ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatlarına və həmin ölkələrin rəsmi şəxslərinə Ermənistan üzərindən Azərbaycana təzyiq kimi münaqişəni istifadə etməyə çalışan qüvvələrə bu mesaj ötürülür. İsmarıc qısa və konkretdir: Azərbaycan və Türkiyə ordusu ayaqdadır və istənilən təxribat xarakterli fəaliyyətə cavab vermək iqtidarındadır”.

Xatırladaq ki, təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın Ukraynada yeni prezident təklifinə Kiyevdən cavab verilib
22:59 10.10.2026
Trampın Ukraynada yeni prezident təklifinə Kiyevdən cavab verilib
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib