Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşdü

Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşdü
SİYASƏT
14:53 08.06.2026
172
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Görüş İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

Hər üç ölkənin xarici işlər nazirlərinin təkbətək görüşlərindən sonra birgə toplantının keçirilməsi gözlənilir.

Daha sonra hər üç nazirin mətbuata birgə bəyanatla çıxış etməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR