Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
SİYASƏT
20:32 03.04.2026
907
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasının Xarici İşlər Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən AZXEBER.COM-a verilən xəbərə görə, görüş zamanı, Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub. Diplomatik münasibətlərin qurulduğu son 30 ildə əlaqələrin sürətlə inkişafından məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Uqanda ilə, ümumilikdə Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Uqanda ilə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın səmərəli istifadəsinin vacibliyini diqqətə çatdırıb. Bu çərçivədə iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Uqandada "ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzlərinin açılışı təqdir olunub.

Tərəflər investisiya imkanlarının təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bu çərçivədə, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyət, o cümlədən Hərəkatın sədrlik institutu və "troyka” mexanizmi çərçivəsində əməkdaşlığın faydalı olduğu, çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi vurğulanıb.

Azərbaycan tərəfindən beynəlxalq təqaüd proqramları çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələr üçün nəzərdə tutulmuş proqram çərçivəsində Uqanda tələbələrinin Azərbaycan ali təhsil müəssisələrində təhsil imkanlarından faydalandığı məmnunluqla qeyd olunub.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov keçmiş münaqişə, post-münaqişə dövründə regionda mövcud vəziyyət, bərpa və quruculuq işləri, eləcə də sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri nəzərdən keçiriblər.

Eyni gündə, Azərbaycan və Uqanda Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Uqanda tərəfdən isə Xarici İşlər Nazirliyinin Beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryem rəhbərlik edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sabah" "Vikinq"lə oyunda hesabı açdı - Canlı
00:18 05.11.2026
"Sabah" "Vikinq"lə oyunda hesabı açdı - Canlı
İran Ukrayna şəhərlərini vurmaqla hədələdi
00:16 05.11.2026
İran Ukrayna şəhərlərini vurmaqla hədələdi
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
00:03 05.11.2026
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
00:00 05.11.2026
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
Sabah bir rayonda qaz olmayacaq
23:56 04.11.2026
Sabah bir rayonda qaz olmayacaq
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
23:54 04.11.2026
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
23:50 04.11.2026
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
“Tramp hələ də sizin prezidentinizdir”
23:45 04.11.2026
“Tramp hələ də sizin prezidentinizdir”
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər