Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib
SİYASƏT
10:33 24.05.2024
147
20-24 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfər edib.

XİN-dən AZXEBER.COM-a verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Yaponiya xarici işlər nazirinin köməkçisinin müavini, Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi, səfir Masaki İkeqami rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı ticari-iqtisadi, turizm, energetika, regionlararası əməkdaşlıq, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. İki ölkə arasında mühüm neft və qaz layihələrində əməkdaşlıq müsbət dəyərləndirilib, hər iki ölkənin yaşıl enerjinin istismarı yönündə hədəfləri nəzərə alınmaqla, bu sahədə birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib. Yapon şirkətləri "ağıllı şəhər”, "ağıllı kənd”, o cümlədən "Yaşıl Enerji Zonaları” konsepsiyalarının həyata keçirilməsində yaxından iştirak etməyə dəvət olunub.

Bundan başqa, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizləri, xüsusən də Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi barədə müzakirələr aparılıb.

Bundan başqa, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov ilə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Hideki Muray, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun (JIIA) Prezidenti səfir Keniçiro Sasae və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rəhbəri, ITOCHU şirkətinin xarici əlaqələr üzrə vitse nümayəndəsi Masahiro İmai, həmçinin Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Akira Amari və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazava arasında görüşlər keçirilib, ikitərəfli münasibətlərin gedişatı və gələcək təfədaşlıq imkanları barədə müzakirələr aparılıb.

Qarşı tərəf Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılıb. Həmçinin, nazir müavini Elnur Məmmədov görüşlər zamanı Yaponiya tərəfinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari ilin 12-13 noyabr tarixlərində COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.

Yaponiya səfəri zamanı Elnur Məmmədov tanınmış "JIJI Press” xəbər agentliyinə müsahibə verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
18:57 24.05.2025
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil
18:42 24.05.2025
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil