Rusiyanın Sankt-Peterburq şəhərinin Oktyabr rayon məhkəməsi Azərbaycan vətiəndaşı Denis Çxitaurinin 2 ay müddətinə azadlıqdan məhrum olunmasına qərar verib.
Həmvətənimiz "Coca-Cola" korporasiyasının Sankt-Peterburqdakı "Coca-Cola HBC" zavodunun direktoru Dmitri Suşnevi qətlə yetirməkdə suçlanır.
Bu gün işlə bağlı şübhəli şəxs qismində Vyaçeslav Finoqenolv da həbs olunub.
"İbtidai istintaq zamanı bu şəxslərin ifadələri alınıb. Onlar cinayətlərini tam etiraf ediblər və törətdikləri cinayət barədə istintaqa təfərrüatlı məlumatlar veriblər", - şəhər prokurorluğundan bildirilib.
28 yaşlı D.Çxitauri və 46 yaşlı V.Finoqenov dekabrın 3-də tutulublar. İstintaqdan bildirilir ki, şübhəli şəxslər noyabrın 28-də D.Soşnevə Sankt-Peterburqune Frunze rayonundakı qarajların yanında görüş təyin ediblər.
Görüş zamanı Finoeqov lüləsi kəsilmiş ov tüfəngindən Soşnevə atəş açaraq onu qətlə yetirib. Bundan sonra Soşnevin 150 min rubl pulu və BMW avtomobili aparılıb. Şübhəli şəxslər bu avtomobili 1 milyon rubla satmaq niyyətində olublar. (milli.az)