Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var

Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
SOSİAL
17:36 17.09.2025
242
Türkiyənin İğdır vilayətinin Tuzluca rayonunda Azərbaycan vətəndaşları (Naxçıvan sakinləri) avtomobil qəzasına düşüb.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Türkiyə vətəndaşlarına məxsus iki minik avtomobilinin toqquşması nəticəsində ikisi qadın, ikisi kişi olmaqda dörd nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Avtoqəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 
 
\report
OXŞAR XƏBƏRLƏR