Azərbaycan vətəndaşlarının İrandan ölkəyə keçidi davam edir
SOSİAL
22:23 28.02.2026
368
İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə keçidi davam edir.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, İranda vəziyyətin gərginləşməsi ilə əlaqədar vətənə qayıdan Azərbaycan vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsindən sərbəst keçidi təmin edilir.
Bunun üçün ərazidə hər cür şərait yaradılıb.
Qeyd edək ki, XİN İran İslam Respublikasında təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq, Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan Azərbaycan vətəndaşlarına isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.