"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"

"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
Siyasət
11:14 10.05.2025
1084
Avropanın enerji xəritəsini dəyişən Azərbaycan əməkdaşlıq coğrafiyasını genişləndirərək Asiya ölkələri ilə də əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verir.
 
AZXEBER.COM xəbər verir ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri qeyd olunan fikrin daha bir təsdiqidir. Bu məqamda onu qeyd edək ki, Azərbaycan və Vyetnamı yarım əsrdən çox dostluq əlaqələri birləşdirir. 

Azərbaycan-Vyetnam əlaqələri yeni deyil. Hələ Azərbaycan sovetlərin işğalı altında olanda belə bu ölkə ilə Azərbaycan SSR arasında mədəni, elmi sahədə əlaqələr var idi. 
Görüşdə iki ölkə arasında diplomatik münasibətlərin 30 il ərzində mövcud olmasına baxmayaraq, dostluq təmaslarının hələ keçən əsrin 50-ci illərinin sonlarına təsadüf etdiyi vurğulanıb. Həmin dövrdən etibarən Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, prezident Heydər Əliyevin isə SSRİ rəhbərliyində olduğu zaman Vyetnama səfərləri məmnunluqla xatırlanıb.

1959-cu il iyulun 23-də prezident Ho Şi Min Azərbaycanın (o zaman Sovet İttifaqının tərkibində olan) paytaxtı Bakıya səfər edib. Hanoyda Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycanın Vyetnamdakı səfirliyi ilə birgə 2019-cu il iyulun 23-də ölkə paytaxtı Hanoyda bu səfərin 60 illiyinə həsr olunan tədbir keçirilmişdi. Tədbirdə Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, rəsmi şəxslər, Azərbaycanda təhsil almış və işləmiş tələbələr iştirak etmişdilər.

Ötən illər ərzində Azərbaycan Respublikasının universitetləri Vyetnam üçün minlərlə mühəndis, həkim və alim hazırlayıb. Təkcə Azərbaycan Neft və Kimya Universiteti, indiki Azərbaycan Neft və Sənaye Universiteti, son 50 il ərzində (1967-2017) 500-dən çox vyetnamlı vətəndaşı ali təhsilli mütəxəssis kimi hazırlayıb.
1981-ci ildə "Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılıb. Şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, şirkətin geologiya bölməsinin ilk rəhbəri Müslüm Vəliyev olub.

"Vietsovpetro” şirkətinin yaradılmasından bir müddət sonra Sovet İttifaqı Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev 1983-cü ildə Vyetnama rəsmi səfər edib. Səfər çərçivəsində Heydər Əliyev Vyetnam və sovet, o cümlədən Azərbaycan neft mütəxəssisləri ilə görüşmək üçün Vunq Tau şəhərinə də baş çəkmişdi. Onun səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl hasil olunur.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin səfərindən sonra minlərlə azərbaycanlı mütəxəssis Vyetnamın müharibədən sonrakı infrastrukturunun bərpasına, xüsusilə neft sənayesinə kömək etmək üçün ora göndərilib. Ümumilikdə 5000-dən çox vyetnamlı tələbə və aspirant da Azərbaycanın təhsil müəssisələrində təhsil almaq, burada işləmək üçün göndərilib. Onlar bu ölkənin quruculuğuna və inkişafına mühüm töhfə veriblər. 
1983-cü ilə qədər Ulu Öndər Heydər Əliyev həmçinin Vyetnam Kommunist Partiyasının ovaxtkı Baş katibi Le Zuanla görüşmək imkanı əldə edib. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının XXVI qurultayında iştirak etmək münasibətilə Le Zuan Azərbaycana səfər edib. O zaman Ulu Öndər SSR-in KP MK-nın birinci katibi idi. Vyetnama bu səfərin 40 illiyi ərəfəsində Hanoyda Ümummilli Lider Vyetnam arasında dostluq quruculuğu missiyasına töhfəsinə həsr olunmuş seminar keçirilib. İki respublika arasında əlaqələr ABŞ ilə müharibəndən sonra da davam edib. Azərbaycan SSRİ-nin tərkibində olmasına baxmayaraq, Vyetnama azadlıq müharibəsində və birləşmə prosesində göstərdiyi dəstək xalq tərəfindən yüksək qiymətləndirilib. 

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də Bakıya səfəri də ötən illərin əlaqələrinin məntiqi davamı sayıla bilər. Prezident cənab İlham Əliyevlə To Lamın başçılıq etdiyi nümayəndə heyəti qarasında geniş tərkibdə görüşü keçirilib. 
Baş katib To Lamın Azərbaycana səfəri çərçivəsində tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə münasibətlərinin tarixində yeni dövrün başlanğıcı oldu. Cənab Baş katibin əminliklə söylədiyi kimi, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq. Birgə Bəyantda partiya, dövlət, parlament kimi bütün səviyyələrdə əlaqələri və təmasları, hökumətlərarası komissiya vasitəsilə iqtisadi əməkdaşlığı fəallaşdırmaq kimi mühum məqamlar öz əksini tapıb.

Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi də dinamik inkişaf edir. 2024-cü ilin göstəricilərinə əsasən, iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil edib. Bu, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Əsas ticarət sahələrinə neft-kimya məhsulları, kənd təsərrüfatı malları və sənaye avadanlıqları daxildir. Eyni zamanda, hər iki ölkə qarşılıqlı investisiyalar üçün hüquqi baza və biznes mühiti yaratmaq istiqamətində addımlar atır. Bu sahədə Azərbaycan – Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti xüsusilə önəmli rol oynayır. 

Komissiya çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarətin şaxələndirilməsi və nəqliyyat – logistika imkanlarının inkişafı kimi vacib məsələlər gündəmdədir. Hər iki ölkə beynəlxalq ticarət dəhlizlərində iştirakı gücləndirməkdə maraqlıdır. Enerji sahəsində zəngin təcrübəyə malik olan Azərbaycan son illərdə həm də "yaşıl” enerji mənbələrinin inkişafına strateji yanaşma nümayiş etdirir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz 2030-cu ilə qədər bərpa olunan enerji istehsalının ümumi enerji balansında əhəmiyyətli yer tutmasına nail olmağı qarşıya məqsəd qoyub. Bu kontekstdə Vyetnamla əməkdaşlıq geniş imkanlar vəd edir. 

Vyetnam da öz növbəsində, Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi tanınır. Hər iki ölkə günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır. Beləliklə, Vyetnam liderinin ölkəmizə səfəri iki ölkə əlaqələrinə yeni məzmun qataraq münasibətləri daha arzulanan pilləyə qaldırdı. 

Şübhəsiz ki, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi bu yüksək səviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Bu əlaqələrin inkişaf etməsi üçün regiondakı şəraitdən Vyetnamın da yararlanması üçün Azərbaycan ona ənənəvi yardımını və dəstəyini verə bilər. Çünki Azərbaycanla Vyetnam ötən əsrdən bir-biri ilə elan edilməmiş tərəfdaşdır.

Cavid Abaszadə, coğrafiya müəllimi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb