Azərbaycan xalqı Prezident seçkilərində kimi dəstəkləyəcək? - Təhlil

Azərbaycan xalqı Prezident seçkilərində kimi dəstəkləyəcək? - Təhlil
SİYASƏT
16:53 10.09.2013
2513

Azərbaycanda prezident seçkilərinin yaxınlaşdığı bir zamanda, paytaxt Bakıda seçkilərlə bağlı əhali arasında keçirilən sorğular təsadüfi deyil. 

Belə ki, istər müxalif, itərsə də müstəqil mətbuat orqanlarının keçirdiyi sorğuların nəticəsi onu deməyə əsas verir ki, əhalinin böyük əksəriyyəti seçkilərdə hazırki prezident, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin yenidən prezident olmasını istəyir.

Sorğularda əhalinin əksəriyyətinin nəinki müxalif düşərgənin vahid namizədi Cəmil Həsənlini, heç Milli Şuranın varlığı ilə də bağlı məlumatsız olduğu açıq-aydın görünür. Bununla yanaşı, müxalifət liderləri İsa Qəmbər, Əli Kərimli haqqında da məlumatı olan insanların sayında azalmanın müşahidə edildiyini deyə bilərik.

Bu sadalanan fikirləri ötən həftə “Azərbaycanın Səsi” (VoaAzerbaijan” televiziyasının Bakı bürosunun keçirdiyi sorğu da təsdiqləyir:

Təsadüfi seçmə üsulu ilə keçirilən sorğuda iştirak edənlərin əksəriyyəti İlham Əliyevə alternativ görmədiyini bildirib.

Seçki ərəfəsində siyasi ekspertlərin fikrincə, Azərbaycanda hazırki iqtidar qarşısında, parçalanmış, dağınıq müxalifət var ki, bu da seçkiqabağı keçirilən sorğularda özünü təsdiqləyir.

Milli Şuranın vahid namizədinin geniş küt tərəfindən tanınmaması və bundan öncə kinorejissor İbrahimbəyovun verdiyi vədlərin boşa çıxması, respondentlərin sorğulardakı münasibətinə də ciddi təsir edib. 

“Rəy” Monitorinq Mərkəzinin avqustun sonunda ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə əhalinin böyük əksəriyyəti hazırki prezident İlham Əliyevi dəstəkləyir.

Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti - 84,7% öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verərdi.“İ.Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına respondentlərin 82%-ə yaxını “bəli, cavab verir” (tam və ya qismən), 6%-i “xeyr, cavab vermir”, 5%-i isə “əsasən cavab vermir” bildirib. Qalan respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.

Sorğu həmçinin göstərib ki, “prezident seçkiləri qarşıdan gələn bazar günü” keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (62%) birmənalı olaraq səsverməyə qatılardılar. Daha 20% “yəqin ki, iştirak edərdim” cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 13% təşkil edib. Qalan 5% cavab verməkdə çətinlik çəkib.Respondentlərə müxalifət düşərgəsindəki proseslər haqda da sual verilib.Jurnalistlər onlardan “Milli Şura”nın prezidentliyə “ehtiyat namizəd” irəli sürməsindən xəbərdar olub-olmadığını soruşublar.Məlum olub ki, rəyi soruşulanların böyük əksəriyyəti - 90,4%-i “ehtiyat namizəd” haqda ilk dəfədir eşidirlər. Və yalnız 9,6% bu haqda məlumatlı olduqlarını bildirib (bu barədə məlumatı olanların 60%-i Bakının payına düşür).

Həmi 9,6 % insan da seçkilərlə bağlı ümidsiz olduqlarını deyiblər. Buna səbəb son zamanlarda müxalif liderlərinin mətbuata davaya çıxması, bir-birlərini təhqir etməsidir. Həmin şəxslərin böyük əksəriyyəti qeyd edib ki, məhz bu səbəblərdən seçkilərdə iştirak etmək fikrində deyillər. Amma, eyni zamanda, onların yalnız 58,3%-i bu namizədin adını çəkə bilib, 41,7%-i isə etiraf edib ki, “Milli Şura”nın ehtiyyat namizədinin adını bilmirlər.

İstər Kütləvi İnformasiya Vasitələrinin (KİV) keçirdiyi sorğu, istərsə də monitorinq mərkəzlərinin keçirdiyi sorğu prezident İlham Əliyevin 9 oktyabr – prezident seçkilərində alternativsiz olduğunu təsdiqləyir.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
14:12 28.07.2026
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
14:10 28.07.2026
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:08 28.07.2026
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
14:02 28.07.2026
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi
13:44 28.07.2026
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi