'Azərbaycan xalqının bu ilki seçkilərdə də İlham Əliyevə səs verəcəyinə şübhə etmirəm'

SİYASƏT
13:01 02.08.2013
1789

"Ölkə konstitusiyasına görə, istənilən vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər. Amma Milli Şuranın namizədinin rəqibliyinə gəldikdə, nəinki Rüstəm İbrahimbəyovun, eləcə də digərlərinin də hazırkı iqtidara rəqib olub uğur qazanması mümkünsüzdür". AZXEBER.COM-un məlumatına görə, bu sözləri "Baku Post" qəzetinə açıqlamasında millət vəkili Fuad Muradov deyib.

O bildirib ki, Azərbaycan xalqı yekdilliklə Prezident İlham Əliyevi dəstəkləyir: 

"Belə bir mümkünsüzlüyü yaradan isə hakim partiyanın namizədi İlham Əliyevin iki prezidentlik müddətində gördüyü ölçüyə gəlməz işlər, həyata keçirdiyi tarixi tədbirlərdir. Bu reallığı dəqiq qiymətləndirən Azərbaycan xalqının bu ilki seçkilərdə də məhz İlham Əliyevə səs verəcəyinə şübhə etmirəm. Ölkə böyük quruculuq yolundadır və hər bir vətəndaş bu yola qarşı çıxanlara qarşıdır".

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR