Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət

Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət
SOSİAL
16:05 17.09.2026
507

Azərbaycan xalqının tarixində elə səhifələr var ki, onları yalnız rəqəmlərlə, tarixlərlə və siyasi hadisələrlə izah etmək mümkün deyil. Bu səhifələr xalqın iradəsini, birliyini, Vətən sevgisini və dövlətçilik əzmini özündə əks etdirir.


30 ilə yaxın davam edən işğal dövrü Azərbaycan xalqı üçün ağır sınaq oldu. Lakin xalqımız öz torpaqlarının işğalı ilə heç vaxt barışmadı. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və hərbçilərimizin qəhrəmanlığı hesabına Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası mümkün oldu.


Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Bayrağının dalğalanması həmin mübarizənin nəticəsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri isə xalqımızın öz doğma torpaqlarına qayıdışının real göstəricisidir.


Prezident İlham Əliyev müsəlman dini qurumlarının təmsilçilərini qəbul edərkən bu məsələlərə toxunaraq Azərbaycanın öz hüquq və ədalətini bərpa etdiyini bildirib.


Dövlət başçısının sözlərinə görə, Azərbaycan xalqı qan tökərək və döyüşərək torpaqlarını azad edib. Şəhidlərimizin canı-qanı, qəhrəman övladlarımızın fədakarlığı hesabına milli ləyaqətimiz və hüquqlarımız bərpa olunub.


Bu mübarizənin ən mühüm nəticələrindən biri də separatçılığın sona çatdırılması və Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin təmin olunmasıdır.

Lakin torpaqlarımıza qayıdış zamanı qarşılaşdığımız mənzərə işğalın yalnız ərazilərimizin itirilməsi ilə məhdudlaşmadığını bir daha göstərdi. Dağıdılmış şəhərlər, kəndlər, yaşayış evləri, talan edilmiş sərvətlər və dini abidələr illər ərzində törədilən dağıntıların miqyasını ortaya qoydu.


Prezident İlham Əliyev çıxışında 65 məscidin Ermənistan dövləti tərəfindən tamamilə dağıdıldığını bildirib. O, həmçinin bəzi məscidlərin yarıdağıdılmış vəziyyətdə olduğunu və bir sıra dini məkanlarda heyvan saxlanıldığını qeyd edib.


Bu faktlar Azərbaycan üçün təkcə dağıdılmış tikililər məsələsi deyil. Məscidlər, dini ocaqlar və digər tarixi abidələr xalqımızın milli-mənəvi yaddaşının bir hissəsidir. Onların dağıdılması ilə yanaşı, həmin irsin qorunması və gələcək nəsillərə çatdırılması da mühüm məsuliyyətdir.


Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, tarixi və dini abidələr bərpa edilir, insanlar doğma yurdlarına qayıdır.


Azərbaycan xalqının keçdiyi yol göstərir ki, milli birlik və dövlətçilik iradəsi ən çətin sınaqların belə öhdəsindən gəlməyə imkan verir. Şəhidlərimizin xatirəsini yaşatmaq, qazilərimizin fədakarlığını unutmamaq və əldə olunan tarixi nəticələri qorumaq hər birimizin məsuliyyətidir.


Bu gün əsas vəzifələrdən biri də gələcək nəsillərə baş verənləri düzgün çatdırmaqdır. Çünki tarix yalnız kitab səhifələrində deyil, bərpa olunan şəhərlərdə, yenidən ucaldılan məscidlərdə, doğma torpağına qayıdan insanların həyatında da yaşadılır.


Azərbaycan xalqının bir yumruq kimi birləşərək əldə etdiyi bu nəticə milli iradənin, Vətən sevgisinin və dövlətçilik əzminin tarixə yazılmış mühüm nümunələrindən biridir.

 

Müəllif: Pərvin Rəhimli

Göygöl MKTİB-nin rəisi, Vətən müharibəsi iştirakçısı


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
20:43 07.11.2026
Rumıniya sahillərində tankerdə beş nəfərin meyiti aşkarlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
20:36 07.11.2026
Azərbaycan Premyer Liqası: "Zirə" "Qəbələ"ni məğlub edib
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
20:27 07.11.2026
SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
20:14 07.11.2026
İlham Əliyev: Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
20:09 07.11.2026
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
19:59 07.11.2026
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb