Bu gün Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Xəzər Strategiya İnstitutunu ziyarət edib.
"Azərbaycan-xarici siyasət, reallıqlar və gələcəyə baxış" mövzusunda keçirilən seminarda həmçinin, Türkiyənin nüfuzlu universitetlərinin rektor və dekanları, professorları iştirak edib.
Görüşdə Türkiyə-Azərbaycan dostluq əlaqələri, siyasi, iqtisadi, mədəni, elm və təhsil, xüsusilə enerji sahəsindəki əməkdaşlıq müzakirə edilib.
![](/file/pic/xeber/2013-09-20/85395.jpg)