Azərbaycan xəstəxanalarında küvəzdə uşaq saxlamaq neçəyədir? - ARAŞDIRMA

Azərbaycan xəstəxanalarında küvəzdə uşaq saxlamaq neçəyədir? - ARAŞDIRMA
SAĞLAMLIQ
15:43 27.11.2018
3872
Stressli keçən hamiləlik, ananın səhhətindəki problemlər, hamiləlik dövründə alınmış fiziki və ya psixoloji travma və s. bir çox səbəblər nəticəsində bəzən uşaqlar dünyaya problemli şəkildə gəlir. Xüsusən də uşaq vaxtından əvvəl doğulubsa...
Belə olan halda onu küvəzə yerləşdirmək lazım gəlir. Küvəz - tənəffüs və ya digər problemlə doğulan uşaqların qoyulduğu xüsusi aparatlardır. Hansı ki, uşaqlar burada müalicə alır, qidalanır və bu aparatlardakı xüsusi havalandırma-tənəffüs sistemi vasitəsi ilə normal inkişafa qaytarılır. Körpələr aparatda bəzən aylarla qalmalı olur.

Bir günü pulsuz da var, 500 manat olan da
Təəssüf ki, bu gün dövlət xəstəxanalarının əksəriyyətində küvəz olsa da, onlar ürəkaçan şəkildə fəaliyyət göstərmir. Özəl klinikalarda isə qiymətlər çox bahadır. Femida.az Bakıda küvəzlərlə bağlı durumu araşdırıb. Klinikalardan verilən cavabları və qiymətləri diqqətinizə çatdırırıq.

Leyla Şıxlinskaya adına klinika: - "Bizdə küvəz xidməti 2 cürdür. Aylıq 140 manat və 180 manat. 140 manatlıq normal küvəzdir. 180 manatlıq küvəz isə süni tənəffüsə ehtiyacı olan uşaqlar üçündür. Qeyd edim ki, qiymətə əlavə dərmanlar , həkim üçün və digər xərclər daxil deyil. Dərmanlara əlavə olaraq gündəlik təxminən 50 manat çıxır”, - deyə zəngimizə cavab verən xanım bildirdi.

Mərkəzi Klinika - Uşağınızın Mərkəzi Klinikada müalicə almasını istəyirsizsə, xəstəxanaya girəndə 2000 manat depozit qoymalısız. Küvəzdə qalmanın ilk günü üçün 300 manat, sonrakı hər gün üçün 250 manat ödəməlisiz. Rentgen, dərmanlar, həkim üçün ödəniləcək məvacib isə ayrıdır. Klinika əməkdaşının sözlərinə görə, 2000 manat depozit valideynlərdə arxayınçılıq yaratmasın. Bəzən bu məbləğ 1 gündə də xərclənə bilər.

Respublika Perinatal Mərkəzi - Dövlət müəssisəsi olduğu üçün Perinatal Mərkəzdə küvəz pulsuzdur. Lakin Mərkəzdən saytımıza bildirilib ki, hazırda boş küvəz yoxdur. Bölgələrdən gələn xəstələr xüsusi göndərişlə gəlməlidir. Burada gündəlik təxminən 25-50 manat xərcinizin çıxacağını nəzərə almalısız. Çünki Mərkəzdə olmayan bəzi dərman və ləvazimatları kənardan almaq məcburiyyətində qala bilərsiz.

Baku Medical Plaza - Klinikadan zənglərimizə cavab verən olmasa da, apardığımız araşdırmaya görə, bura paytaxtın ən bahalı küvəz təqdim edən klinikasıdır – gündəlik 500 manat. Klinika bunu yüksək səviyyəli xidmətlə əlaqələndirir. Plazanaın internet portalındakı məlumata əsasən, hətta onların təcili yardım avtomobillərdə belə küvəz var və yeni doğulan uşaqlar küvəzə qoyularaq xəstəxanaya çatdırılır ki, onların yolda tələf olmaq riskinin qarşısı alınsın. Bura ən kritik vəziyyətdə olan uşaqlar belə qəbul edilir”.

Elmi-Tədqiqat Pediatriya İnstitutu - Xalq arasında OMD kimi tanınan Elmi-Tədqiqat Pediatriya İnstitutu da dövlət müəssisəsi olduğu üçün burada xidmətlər pulsuzdur. Amma burada yatan xəstələr bildirir ki, pulsuz olduğu üçün çox qarışıqlıq olur. Pasient çoxdur, vaxtında və ürəkaçan yardımı almaq mümkün deyil. Üstəlik burada da müəyyən qədər xərciniz çıxacağı istisna olunmur.

Nazirlik və ekspert nə deyir?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Femida.az-a açıqlamasında bildirib ki, nazirlik özəl xəstəxanalardakı qiymətlərə müdaxilə etmək hüququna sahib deyil:

"Özəl klinikalar sahibkar obyektidir. Oradakı qiymətləri biz tənzimləmirik. İstədikləri qiymətləri qoya bilərlər. Dövlət xəstəxanalarına gəlincə, burada heç bir puldan söhbət gedə bilməz. Əgər orada kimsə pul tələb edirsə, bu qanunsuzdur. Bu gün artıq ölkənin əksər bölgələrində xəstəxanalar küvəzlərlə təmin olunub. Rahatlıqla bölgələrdə yaşayan şəxslər bu xidmətdən istifadə edə bilərlər. Hansısa rayon xəstəxanasından küvəz yoxdursa da, mütləq qonşu rayon xəstəxanalarında tapmaq olar”.

Səhiyyə eksperti Adil Qeybulla isə müasir dövrdə küvəzsiz xəstəxana təsəvvür etməyin mümkünsüz olduğunu deyib:

"İndi küvəzlərin daha müasir formaları var. Dövlət xəstxanalarında, bütün doğum evlərində mütləq bu aparatlardan olmalıdır. Çünki istənilən an yeni doğulan uşağın bu aparata yerləşdirilmə ehtimalı yarana bilər. Doğum şöbəsi olan özəl xəstəxanalarda bu xidmət nisbətən yaxşı fəaliyyət göstərir. Amma dövlət xəstəxanaları ilə bağlı məndə dəqiq məlumat yoxdur. İstənilən halda xəstəxananı küvəzsiz təsəvvür etmək olmaz. Çünki bu elə bir məsələdir ki, uşaqların həyatı müzakirə mövzusudur. Yeni doğulan körpəyə lazımi qulluq göstərilməməsi də onun ölüm səbəblərindən biridir.
Yəqin yadınızdadır, Mingəçevir SES-də baş verən qəza zamanı dövlət xəstəxanalarının bir çoxunda ciddi problemlər yaşanmışdı. Bu cür fors major halların qarşını almaq üçün əlavə tədbirlər mütləq görülməlidir".

Yadda qalanlar...

2014-cü ildə Ağdam rayonunda 1990-cı il təvəllüdlü Aynur Səfərova doğuş üçün xəstəxanaya yerləşdirilmişdi. Təəssüf ki, yarımçıq doğulan əkizlər üçün xəstəxanada küvəz tapılmamışdı. Əkizləri taksi ilə Bərdəyə, orada da həkim qəbul etmədiyi üçün Bakıya gətirilmişdi. Təəssüf ki, uşağın biri yolda dünyasını dəyişmişdi. Bakıdakı həkimlər bildirmişdilər ki, əgər uşaqlar vaxtında Bakıya çatdırılsaydı, ölüm faktı baş verməzdi.

2017-ci ildə isə Salyan rayon xəstəxanasında vaxtından əvvəl dünyaya gələn üçəmlər acı tale yaşamışdı. Onlardan ikisi həyatda qala bilməmişdi. Valideynləri iddia edirdi ki, iyunun 21-də əvvəl doğulmuş üçəmlərdən ikisi küvəz aparatı işləmədiyi üçün dünyasını dəyişib. Onların sözlərinə görə, xəstəxanada işıq söndüyü üçün generatorlar da işləməyib və bu da körpələrin ölümünə səbəb olub.

Körpələrin ölümü faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmaq maddəsi ilə cinayət işi başlanmışdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO