Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verib

SİYASƏT
17:39 25.12.2013
974
“Məhkəmə hakimiyyətinin işinə və istintaqın gedişinə müdaxilə xarakterli bəyanatların səsləndirilməsi, cinayət işinin mahiyyətinin siyasiləşdirilməsi Azərbaycanın suverenliyinə hörmətsizlikdir”

 “Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Azərbaycanda qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və onun işinə müdaxilənin qəbuledilməzliyi və bütün vətəndaşların qanun qarşısında bərabərliyi tam şəkildə təmin olunub”.

Bunu APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin həbsi ilə əlaqədar səsləndirilmiş bəyanatlara münasibət bildirərkən deyib.

“Məhkəmə hakimiyyətinin işinə və istintaqın gedişinə müdaxilə xarakterli bəyanatların səsləndirilməsi, cinayət işinin mahiyyətinin siyasiləşdirilməsi və siyasi fəaliyyətlə cinayət tərkibli əməllərin eyniləşdirilməsi yönümlü addımların atılması və məhkəmə orqanları tərəfindən fərqli qərarlar qəbul edilməsinə dair çağırışların edilməsi ilk növbədə Azərbaycan Respublikasının suverenliyinə hörmətsizlik əlaməti olaraq, tamamilə qəbuledilməz və əsassız hesab olunur və şantaj kimi qiymətləndirilir”, - E. Abdullayev bildirib.

Azərbaycan XİN-in sözçüsü xatırladıb ki, hüquqi qeydiyyatı olmayan SMDTM-in həmtəsisçisi və sədri Anar Məmmədli tərəfindən, Azərbaycan Baş Prokurorluğunun 20 dekabr 2013-cü il tarixli bəyanatında qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməllərin törədilməsində əsaslı şübhələr olduğundan, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib: “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq sözügedən cinayət işinin məhkəmə-hüquq müstəvisində obyektiv məntiqi sonluğa çatdırılması təmin olunacaq”. E.Abdullayev hamını istintaq işinin yekunlaşdırılmasını və məhkəmə qərarının nəticələrini gözləməyə çağırıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatla çıxış edib və dərhal azadlığa buraxılmasına çağırıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı