Azərbaycan XİN ABŞ-ın Ermənistandakı səfirinə cavab verdi

Azərbaycan XİN ABŞ-ın Ermənistandakı səfirinə cavab verdi
SİYASƏT
16:49 10.03.2023
295
"Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür:

"Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsininin yaradılması mütləqdir”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını "tələb edib”.
OXŞAR XƏBƏRLƏR