Azərbaycan XİN-dən İrandakı terrorla bağlı açıqlama

Azərbaycan XİN-dən İrandakı terrorla bağlı açıqlama
SİYASƏT
18:20 07.06.2017
1084

İran Islam Respublikasında törədilmiş terror aktları ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib. 

AZXEBER.COM xəbər verir ki, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İranda törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınadığını qeyd edib:

"Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.
 
Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir”.

OXŞAR XƏBƏRLƏR