Tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması məsələsi Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır.
Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa bildiriləcək










































