Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan taxılın ixracı üzrə sazişin imzalanmasını, eyni zamanda, Türkiyə və BMT-nin, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan və Baş katib Antoniu Quterreşin uğurlu vasitəçilik səylərini alqışlayır.
AZXEBER.COM xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.
Bildirilib ki, bu, qlobal ərzaq təhlükəsizliyi üçün mühüm addımdır.
"Biz sazişin tezliklə həyata keçirilməsini gözləyirik”, - qeyd olunub.