Azərbaycan yığması "DÇ-2016"ya darmadağınla başladı

Azərbaycan yığması "DÇ-2016"ya darmadağınla başladı
İDMAN
11:16 13.09.2016
3658
Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib. 
AZXEBER.COM xəbər verir ki, millimiz Mərakeş yığması ilə qarşılaşıb.
Kolumbiyanın Medellin şəhərindəki Koliseo İvan de Bedout İdman Kompleksində baş tutan qarşılaşmada komandamız tarixi qələbə qazanıb. Belə ki, futzalçılarımız rəqibi 5 cavabsız qolla yenib.
Qrupun digər matçında İspaniya İrana 5:1 hesabı ilə qalıb gəlib.
Futzal
DÇ-2016
F qrupu
13 sentyabr
Azərbaycan - Mərakeş 5:0
Qollar: Oliveira Villiams De Naskimento, 15; 18; 33. Everton Kardoso, 29. Tiaqo Bolinya, 31.
Hakimlər: Jose Katemo (Anqola), Eduardo Fernandes (Portuqaliya), Kamil Çetin (Türkiyə).
Kolumbiya, Medellin. Koliseo İvan de Bedout İdman Kompleksi.
İran - İspaniya 1:5
Qollar: Həsənzadə, 28 - Lozano, 1. Jose Ruiz, 7. Aikardo, 17; 33. Migelin, 27.
Hakimlər: Sezar Malaqa (Peru), Joze Hernandes (Ekvador), Dario Santamaria (Argentina).
Kolumbiya, Medellin. Koliseo İvan de Bedout İdman Kompleksi.
OXŞAR XƏBƏRLƏR