Azərbaycan yığmasından biabırçı nəticə - 0:20

Azərbaycan yığmasından biabırçı nəticə - 0:20
İDMAN
10:19 03.11.2017
1565
2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələr arasında Yay Olimpiya Oyunlarının futzal üzrə təsnifat oyunları keçirilir.
 
Azərbaycanın U-17 yığması təsnifat turnirində ikinci oyununu Rusiyaya qarşı keçirib. 

Ruslan millimizi meydana çıxmağa peşman edib. 20 qolun vurulduğu oyunda komandamız 0:20 hesabı ilə uduzub. Millimiz ilk oyunda Slovakiyaya 0:12 hesabı ilə uduzmuşdu.

17 yaşadək qızlardan ibarət millimiz isə təsnifat turnirinin ikinci oyununda Portuqaliya ilə qarşılaşıb. Oyun portuqaliyalıların 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız ilk oyunda İtaliyaya 0:2 hesabı ilə uduzmuşdu.
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR