Azərbaycan yığmasını türk baş məşqçi çalışdıra bilər

İDMAN
16:44 19.09.2013
1269

Azərbaycan milli komandasının baş məşqçisi postunda Berti Foqtsu əvəzləyəcək mütəxəssisin kimliyi ilə bağlı maraqlı iddia ortaya atılıb.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yığmamızı Yılmaz Vural çalışdıra bilər.

Xəbərdə türkiyəli çalışdırıcının danışıq aparmaq üçün sentyabrın 22-də Bakıya gələcəyi qeyd olunur. İndiyə qədər 23 fərqli klubda çalışan Vuralın AFFA-dan rəsmi təklif aldığı və buna müsbət cavab verəcəyi söylənilir. Qeyd edək ki, Yılmaz Vuralın son iş yeri Türkiyənin “Elazığspor” klubu olub.

 

OXŞAR XƏBƏRLƏR