Azərbaycan yığmasının futbolçusu əsgərliyə gedir

İDMAN
14:32 24.01.2012
1776
“Bakı” futbol klubunun və Azərbaycan millisinin futbolçusu Elvin Məmmədov hərbi xidmətə yollanır. 
Bu barədə Lent.az-a “Bakı” futbol klubunun məşqçisi Novruz Əzimov məlumat verib. N.Əzimov bildirib ki, E.Məmmədova Tovuz Rayon Hərbi komissarlığından (RHK) çağırış gəlib və futbolçu yaxın günlərdə hərbi xidmətə yola düşəcək.Hərbi xidmətə gedəcəyinə görə, E.Məmmədov məxsus olduğu komandanın Antalyada keçiriləcək təlim-məşq toplanışına aparılmayacaq.Qeyd edək ki, qış fasiləsində bir sıra yerli futbolçular “Bakı” futbol klubunun heyətindən kənarlaşdırılıb. E.Məmmədovun da heyətdən kənar qalması komandanın yerli futbolçu problemini daha da ciddiləşdirib.

OXŞAR XƏBƏRLƏR